Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / “Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb

“Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Pentensiar Xidmətin müəssisəsinə aparılıb.

“Report”un xəbərinə görə, digər yaralı 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğluna dəyən güllə bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb. Güllə hazırda onun dirsək oynağı nahiyəsində qalıb. Hazırda xəstəyə baxış keçirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov və onun yanındakı İlqar Əzimov öldürülüb, A.Əsgərov və Ş.Bəyəlizadə güllə xəsarəti alıblar.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …