Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Kriminal / Qobuda havaya tapançayla atəş açan Əbdülkərmov SAXLANILDI

Qobuda havaya tapançayla atəş açan Əbdülkərmov SAXLANILDI

Abşeronda silahlı insident olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

“İkram Rəhimov aclıq aksiyası keçirmir” – RƏSMİ

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İkram Rəhimovun aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir. …