Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Qobu sakini qayınanasının evində özünü yandırdı – Xanımı da dərman içdi

Qobu sakini qayınanasının evində özünü yandırdı – Xanımı da dərman içdi

39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.


Bu barədə Oxu.Az-a Abşeron rayon Prokurorluğundan məlumat daxil olub.
İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib.
Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb.
İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb.
Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …