Şənbə , Dekabr 4 2021
Ana səhifə / Kriminal / Qızının doğum günündə qayınanasını öldürdü

Qızının doğum günündə qayınanasını öldürdü

şağının doğum günündə qayınanasını öldürən şəxs 15 il həbs cəzası alıb. Hadisə günü mübahisə evdə olan masanın yerinin dəyişdirilməsi ilə başlayıb. Qətli törədən şəxs bunu bəhanə edərək dava salıb və nəticədə qətl hadisəsi baş verib.

Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Şükür qızı qətlə yetirilib. Qətli törədən şəxs Ruqiyyə Əhmədovanın qızının əri Rahim Cəlilov olub. Hadisə Şəkidə baş verib.

Qətl hadisəsinin baş verməsinə səbəb mərhumla Rahim Cəlilov arasında son zamanlar baş verən mübahisələr olub. Ruqiyyə Əhmədova həmin mübahisələr zamanı qızının boşanmasını istəyirmiş.

Rahim Cəlilov isə hadisə günü daha əvvəl aralarında olan mübahisələri bəhanə gətirərək evdə dava salıb.

Məhkəmədə ifadə verən R.Cəlilov deyib ki, işini qurtardıqdan sonra evə qayıdıb. Qızının doğum günü olduğuna görə spirtli içki də alıb. Elə yol üstü konfetlə həmin içkidən bir az içib.

“Yolda olanda oğlum zəng edib nə vaxt gələcəyimi soruşdu. Dedim ki, gəlirəm, siz yeməyinizi yeyin. Evə çatdıqda stolun yerinin dəyişdiyini görüb hirsləndim. Stolu nə üçün əvvəlki yerindən götürüb başqa yerə qoyduqlarını soruşdum. Həmin vaxt içkili idim”, – deyə, R.Cəlilov psixoloji problemlərinin olduğunu da əlavə edib.

Sonra R.Cəlilovun anası və qayınanası stolu əvvəlki yerinə qaytarıb, amma bu onu qane etməyib. Stola təpik vuraraq dava salıb. Masanın üzərindəki əşyaları dağıdıb. Hirslənib ki, o deyəndən sonra stolun yerini dəyişmək lazım deyilmiş. Ailə üzvləri isə ondan xahiş edib ki, uşağının doğum günündə dava salmasın. Amma R.Cəlilov sərxoş halda heç kimi dinləməyib.

Mübahisə zamanı Ruqiyyə Əhmədova deyib ki, bütün bu olanlardan bezib və qızı boşanmalıdır.

“Dedi ki, qızını boşatdırıb başqa kişiyə ərə verəcək. Həmin vaxt arvadım anasına etiraz etdi. Dedi ki, dünyaya bir dəfə gəlirəm, bir dəfə də ərə gedirəm. Anasından danışığına fikir verməsini istədi. Mən də ondan ailə işlərimə qarışmamasını, qonaq kimi yerini bilməsini istədim. Amma o yenə də həmin sözü təkrar etdi. Əsəbiləşib özümü öldürəcəyimi dedim. Mətbəxdən bıçaq götürüb özümü öldürmək üçün ayaqyolu tərəfə getmək istəyəndə qayınanam qarşıma çıxdı. Əlimdə olan bıçaq birdən ona dəydi”, – deyə, R.Cəlilov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə özünü təqsirli bilməyib.

R.Cəlilova Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ona görə ittiham olunur ki, hadisəni azyaşlı uşaqların gözü qarşısında törədib. Amma R.Cəlilov deyib ki, bu hadisəni uşaqları görməyib. Hadisə baş verən zaman uşaqlar digər otaqda olub.

İsitintaqda qayınanasını qəsdən vurduğunu etiraf edən R.Cəlilov məhkəmədəki ifadəsində hadisənin təsadüfən, istəmədən baş verdiyini izah etməyə çalışıb.

Məhkəmədə R.Cəlilovun övladları ifadə verən zaman hadisəni görmədiklərini, səs-küy eşidib koridora çıxanda nənələrinin qan içində yerdə uzandığını gördüklərini deyiblər.

R.Cəlilov hadisədən sonra nə etdiyindən danışıb: “Özümü itirdim. Əynimə paltar geyinərək həyətə düşdüm. Ağlaya-ağlaya yolda gedəndə təcili yardım maşını gəldi. Bildim ki, bizim evə gedir. Sonra əraziyə polis əməkdaşları da gəldi. Onlara yaxınlaşıb axtardıqları şəxs olduğumu dedim”.

Əməlindən peşman olduğunu deyən R.Cəlilov məhkəməni inandırmağa çalışıb ki, hadisə istəmədən baş verib. O, qəsdən adam öldürmə maddəsinin ən aşağı həddi ilə cəzalandırılmasını məhkəmədən xahiş edib.

Həmçinin bildirək ki, mərhumun hüquqi varisi də R.Cəlilovdan şikayətçi olmayaraq onu bağışlayıb.

Məhkəmə tərəfləri dindlədikdən sonra hökmü elan edib. Hökmə əsasən, R.Cəlilov ittiham olunduğu maddə ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun hadisənin bilərəkdən törədilməməsi barədə dedikləri məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilib. Musavat.com

Həmçinin oxuyun

Bakıda intihar edən qızı videosu ilə şantaj edən şəxs həbs olundu

“Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı …