Ana səhifə / Kriminal / Qızını xəyanət üstündə vəhşicəsinə öldürüb -VİDEO

Qızını xəyanət üstündə vəhşicəsinə öldürüb -VİDEO

30 dekabr 2020-ci il tarixində Ələkbər Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq, qızı İradə Paşayevanı öldürdüyü barədə məlumat verib.

Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Ələkbər Bağırov bildirib ki, İradə iki dəfə ailə həyatı qurub. Birinci nikahdan bir, ikincidən isə iki övladı dünyaya gəlib. İlk vaxtlar qızının ikinci dəfə evləndiyi Rövşən Paşayevlə münasibətləri normal olub. Ələkbər öz ailəsi ilə Xaçmazda, qızı isə Bakıda yaşayıb.

Sonradan qızının həyat yoldaşı Rövşən İradənin ona xəyanət etdiyi barədə şübhələrinin olduğunu bildirib. Ər-arvad arasında narazılıq yarandığından Ə.Bağırov paytaxta gələrək onları barışdırıb.

Hadisə bundan sonra yenə təkrarlandığından bu dəfə Rövşən övladlarını da götürərək anası evinə gedib. Qayınatasına isə qızının xəyanəti barədə məlumat verib.

Atası məcbur qızının yaşadığı evə gələrək onunla bu barədə söhbət aparıb. Qızı isə deyilənlərin yalan olduğunu bildirib.

Ə.Bağırov belə olan təqdirdə qızından qayınanasıgilə gedərək məsələni orada aydınlaşdırmasını istəyib. Bu zaman İradə atasına şəxsi işlərinə qarışmamasını deyib və onu təhqir edib.

Belə olan halda Ə.Bağırov əvvəlcə qızının başına idman aləti ilə zərbə vurub. Daha sonra onu boğaraq qəsdən həyatdan məhrum edib. Hadisədən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək təslim olub.

Mərhuma məxsus mobil telefondan köçürülmüş görüntü və mətnlərdən İradə Paşayevanın Hafis, İsrail, Namiq, Abdullah adlı şəxslərlə tanışlıq və sevgi xarakterli yazışmaları olması müəyyən olunub.

Məhkəmə iclasında Ələkbər Bağırov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqdim etdiyi ərizədə göstərib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Bağırov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Alimpaşa Məmmədovdan XƏBƏR VAR

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə …