Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb

Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 25 oktyabr 2018-ci il tarixində saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …