Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Qızıl bahalaşır, dollar düşür: Bu, Azərbacana nə vəd edir?

Qızıl bahalaşır, dollar düşür: Bu, Azərbacana nə vəd edir?

Dünya bazarında qızıl xeyli bahalaşıb. Belə ki, qızılın bir unsiyasının qiyməti 17,4 ABŞ dolları, yaxud 1,46%, bahalaşaraq, 1208,20 dollar olub. Qızılın bahalaşmasının artan tempdə davam etməsi Azərbaycanın qızıl bazarında da kəskin yüksəlişə səbəb olub. 
Bəs, görəsən qızıl bazarındakı son bahalaşma və bunun davam etməsi Azərbaycan bazarı üçün hansı nəticələrə səbəb ola bilər?
Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, son bir ayda dünya bazarında qızılın qiymətində artımlar müşahidə edilir:“Son 6 aylıq qiymətləndirmələrə görə də qızılın qiyməti artıb. Dünya bazarında qızılın qiyməti təxminən 9 faiz artıb və hər qramına görə 39 dollara yüksəlib. Qiymət artımının əsas səbəbi son bir həftədə dolların ucuzlaşmasıdır. Belə ki, dolların ucuzlaşması fonunda investorların bir qismi valyuta bazarında olan vəsaitlərini qızıl bazarına yönəltməyə çalışırlar. Təbii ki, bu da tələbatın artmasına, qızılın bahalaşmasına səbəb olur. Digər bir səbəb isə odur ki, qızıl əsasən dünya bazarında dollarla alınıb-satılır və dollar ucuzlaşdıqca, qızılın qiyməti də aşağı düşür. Son günlər dollar avro və funt-sterlinq qarşısında dəyər itirib”.
 
İqtisadçının sözlərinə görə, qızılın bahalaşmasına neft bazarındakı qeyri-müəyyənlik də təsir edir: “Çünki, investorlar üçün yığım imkanları məhdudlaşır. Vayuta bazarında risklər var və bu da həm iş adamlarının, həm də dövlətlərin qızıla tələbatını artırır”.
Bu prosesin Azərbaycana təsirindən danışan iqtisadçı ekspert bildirdi ki, bu qiymət artımı zinət məqsədilə istifadə olunan qızılın da bahalaşmasına səbəb olub: “Çünki, Azərbaycan istehlak etdiyi qızılın əhəmiyyətli hissəsini xaricdən idxal edir. Rusiya, İtalya, BƏƏ və Türkiyədən qızıl idxal edirik. Dünya bazarında qızıl bahalaşdıqca, ölkənin qızıl bazarında da artımlar müşahidə edilir”.
Qızılın bahalaşmasının Neft Fondunun ehtiyatlarına müsbət təsir etdiyini bildirən V. Bayramov bunun elə də böyük həddə olmadığını vurğuladı: “Dövlət Neft Fondunun ehtiyatlarının 5 faizinin qızılda saxlanılmasını da nəzərə alsaq, qızılın bahalaşması dövlət rezervlərinin dəyər ifadəsində artması baxımından da vacibdir. Ancaq hələ ki, qızılın bahalaşması DNF-nin qızıl alışı zamanı itirdiyi vəsaitləri bərpa etmir. Çünki, Neft Fondu qızılı dünya bazarında ən baha olduğu vaxtlarda alıb. Bununla bağlı rəsmi açıqlama olmasa da, Dövlət Neft Fondunun qızıl ehtiyatlarının formalaşması ilə bağlı qəbul etdiyi qərarın tarixinə diqqət yetirsək, bu fərqi görə bilərik. Bu gün dünya bazarında qızılın bir qramının qiyməti 39 dollardır. Neft Fondu qızıl alanda isə qızılın qiyməti hər qram üçün 55 dollardan çox idi. Bu baxımdan, qızılın bahalaşması dövlət rezervlərinə müsbət təsir edir, lakim dəyər ifadəsində kəskin bir fərq formalaşdırmır”.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın