Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Qız sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən zorlandı – TƏFƏRRÜAT

Qız sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən zorlandı – TƏFƏRRÜAT

Sumqayıt şəhərində gənc qız təcavüzə məruz qalıb. Bunun nəticəsində hamilə qalan qızı ailəsi rədd edib.

Sosial şəbəkədə tanış olan şərti adı O.Ə. olan (22 yaş) gənc qadınla şərti adı A.H. (31 yaş) olan hərbçi Bakı şəhərində görüşüblər. Hərbçi onu Sumqayıt şəhərinə dəvət edib.

Azinforum.az-ın xəbərinə görə, Bizimyol.info-ya müraciət edən A.H. bildirib ki, hadisə bundan sonra baş verib. Qadın iddia edib ki, hərbçi yaşadığı evdə ona təcavüz edib.

“Biz onunla avqustun sonunda internet vasitəsilə tanış olduq. İlk dəfə sentyabrın 18-də Bakıda görüşdük. Sonra məni Sumqayıta dəvət etdi. Şəhəri gəzəndən sonra mən Bakıya qayıtdım. İlk görüşümüzdə o, ünsiyyəti və davranışı ilə mənim etibarımı qazandı. Oktyabrın 9-da isə Sumqayıtda yenidən görüşdük. Evinə dəvət etdi. Sonra mənə dedi ki, qal, sabah səni yola salacam. Həmin gecəni onlarda qaldım. O, mən istəmədən mənimlə cinsi əlaqədə oldu. Sonra mənə şirin vədlər verdi. Hər şeyin yaxşı olacağını dedi. Sən demə, bunun hamısı şikayət etməməyim üçün imiş”, – deyə O.Ə bildirib.

Qadın deyib ki, hadisədən iki gündən sonra A.H. ilə əlaqə saxlaya bilməyib: “O, artıq mobil telefonunun nömrəsini dəyişmişdi. Oktyabrın 24-də mən Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə müraciət etmişəm. Məni Sumqayıt şəhər 1-ci Polis Bölməsinə yönləndirdilər. A.H. mənimlə əlaqə saxlayıb görüşdü. Mənə nikah bağlayacağımızı dedi. Şikayətimi geri götürmək qərarına gəldim. Məni yenidən evinə apardı. Bir neçə gün məni orada saxladı. Sonra bizi Hərbi Prokurorluğa çağırdılar. A.H. ilə birlikdə ora gedib şikayətimi geri götürdüm. Bir müddət sonra o, yenidən mobil telefon nömrəsini dəyişdi və əlaqəmiz kəsildi. A.H-dan 1 aylıq hamiləyəm”.

O.Ə deyib ki, hamiləlik xəbərindən sonra ailəsi ondan imtina edib: “Atam vəfat edib. Anam, bacılarım və qohumlarım məndən imtina edib. Özümü öldürməyimi istəyirlər. Mənə dəstək lazımdır. Vəkilim yoxdur. Bir vəkillə danışdım. O da məndən hüququmu müdafiə etməsi üçün 1000 manat istədi. Mən bu hadisədən sonra işsiz qalmışam. Çarəsiz vəziyyətdəyəm. A.H-nın atası ilə danışmışam. Ona oğlundan hamilə olduğumu dedim. O da mənə bildirdi ki oğlunun vəkili Salman Qasımovla danışım. Vəkil də mənə deyir ki, mən A.H. tərəfindən cinsi təcavüzə məruz qalmamışam”.

O.Ə-nin bir tələbi var: “Mən onunla barışmaq, ailə qurmaq istəmirəm. Mən onun cəzasını çəkməsini istəyirəm”.

A.H-nin vəkili Salman Qasımov məsələ ilə bağlı bildirib ki, O.Ə. 26.10.2017-ci il tarixində Sumqayıt şəhər Polis İdarəsinə şikayət edib: “Xanımın müraciəti əsasında araşdırma aparılıb, eskpertiza təyin olunub. Ekspertizanın 02.11.2017-ci il tarixli, 517 saylı rəyi var. Bu sənəddə O.Ə-nin zorlanması məsələsi öz təsdiqini tapmayıb. Buna görə də Sumqayıt şəhər prokurorunun köməkçisi Samir Məmmədovun qərarı ilə 03.11.2017-ci il tarixində cinayət işinin başlanması rədd edilib. Hazırda da bu qərar qüvvədədir. Xanım yenidən prokurorluğa müraciət edib. Biz sabah ora gedib bu qərarı təqdim edəcəyik”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …