Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / “Qız nəvələrini oğurladacağam” – Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olub

“Qız nəvələrini oğurladacağam” – Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olub

Bu gün Nəsimi Rayon Məhkəməsində aktrisa Məleykə Əsədovanın həmkarı Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəf şərəf və ləyaqətinin təhqirinə görə aktyordan 200 min manat məbləğində təzminat tələb edib.

Qarşı tərəf isə iddiaçının tələbini qəbul etməyib. Vəkil Türkel Süleymanlı bildirib ki, iddianı qəbul etmir. Məleykə Əsədova Ramiz Məlikin evinə zəng edərək ailə üzvlərini təhqir edib, qız nəvələrini oğurlatmaqla hədələyib.

Ramiz Məlik yeniçağ.az saytının əməkdaşı ilə danışarkən stress içində olub və sadəcə jurnalistlə söhbət etdiyini düşünüb. Sözlərinin mətbuatda yer alacağını bilməyib. M.Əsədova “Ramiz, sən əvvəldən qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən?” deyərək xalq artistini təhqir etdiyi üçün ondan 300 min manat tələb edir.

Məleykə Əsədovanın vəkili Tağı Süleymanov aktrisanın tələblərini sadalayıb: “Məleykə Əsədova tələb edir ki, Ramiz Məlik valideynlərinin qəbri üzərinə getsin və onlardan üzr istəsin. Çünki onu və anasını təhqir edib. Deyib ki, atası fahişəlik üstündə anasını boşayıb. Qızının isə öz övladı olmadığına eyham vurub. Qızı stress keçirib. Məleykə xanım ona və qızına dediyi sözləri bağışlayır. Amma valideynləri həssas məsələdir. Valideynlərindən üzr istəsə, məsələ həllini tapacaq. Onun üçün pul əsas deyil. Bu məsələ Məleykə xanımın əsəblərini pozub. Hətta bir neçə nəfər xahiş edib ki, Ramiz Məliyi bağışlasın. Amma Məleykə xanım deyir ki, teatrdan getmək bahasına da olsa, üzr istəməsə, aktyoru bağışlamayacaq”.

Məhkəmədə çıxış edən Ramiz Məlik bildirib ki, aktrisa onu diz çökdürüb, videosunu çəkmək istəyir: “O, istəyir ki, mən diz çökəm, valideynlərinin qəbri qarşısında üzr istəyəm. Mən itəm, boynuma zəncir bağlayıb, diz çökdürsün? O, mən diz çökərkən videomu çəkdirib, saytlarda yaymaq istəyir. Fikri odur ki, məni təhqir etdirsin. Çünki belə şeydən zövq alır. Məleykəni yaxşı tanıyıram. Mən ona barışıq əlimi uzatmışdım. APA-ya açıqlamamda üzrxahlıq etmişdim. Amma Məleykə xanım şou çıxartmağı üstün tutdu. Mən yenə də onu barışığa dəvət edirəm”.

Hakim növbəti iclasda aktrisa Məleykə Əsədovanın iştirak etməsi ilə bağlı qərar verib. Növbəti məhkəmə prosesi yanvarın 8-də olacaq.

Həmçinin oxuyun

Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları …