Ana səhifə / Kriminal / “Qiymət artımına təsir götərən amillər yetərincədir” – EKSPERT

“Qiymət artımına təsir götərən amillər yetərincədir” – EKSPERT

Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşmasının ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artıma səbəb olacağı ilə bağlı iddialar səslənməkdədir. Maraqlıdır, bu iddiaların iqtisadi əsası varmı? Doğrudanmı bunca bahalıq fonunda yeni bir qiymət artımına hazır olmalıyıq?
Moderator.az-a açıqlama verən tanınmş iqtisadçı Samir Əliyev Azərbaycanda qiymət artımına bir çox amillərin təsir götərdiyini vurğuladı:
“Bu gün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə təsir göstərən amillər kifayət qədər çoxdur. Manat ucuzlaşır. Azərbaycanda isə qeyri-ərzaq məhsullarının böyük bir hissəsi, təxminən 90%-i xaricdən gətirilir. Bu isə o deməkdir ki, manatın ucuzlaşması fonunda həmin məhsullar avtomatik olaraq bahalaşır. Statistikaya görə ərzaq məhsullarının 20%-i idxal edilir, 80%-i isə daxili istehsal hesabına təmin edilir. Lakin daxildə istehsal edilən ərzağın da bəzi komponentləri, xammalı xaricdən gəlir. Bu isə o deməkdir ki, ərzaq məhsulları baxımından da xaricdən asılılıq var.
Manatın ucuzlaşması onsuz da məhsulların qiymətini bahalaşdırır. “Aİ-95” markalı benzinin bahalaşması isə digər amillərin fonunda kölgədə qalır. Əgər “Aİ-92” markalı benzinin qiyməti qalxsaydı, o zaman bu artımın qiymət artımına təsir edəcəyini iddia etmək olardı. “Aİ-95” markalı benzindən məhdud kateqoriyalı insanlar istifadə edir. Yük avtomobillərinin hansı növ benzindən istifadəsi də qiymət artımına təsir göstərə bilən amillərdəndir. Bir sözlə, hesab edirəm ki, hazırda qiymət artımına “Aİ-95” markalı benzindn daha çox təsir göstərən amillər var”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın