Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qiymət artımı ilə bağlı daha bir şirkətdən- Açıqlama

Qiymət artımı ilə bağlı daha bir şirkətdən- Açıqlama

Azərbaycanda bir sıra istehlak mallarının qiymətlərinin artmasına “Prokter & Gembl Azərbaycan Servisləri” MMC münasibət bildirib.

“ Qafqazinfo ” xəbər verir ki, şirkətdən modern.az-a verilən məlumata görə,  P&G tərəfindən təklif edilən qiymət dəyişikliyi 15% sərhəddi aşmır.

“Bizim məqsədimiz həmişə Azərbaycan istehlakçılarını yüksək istehsal və dəyərlə təmin edən etibarlı markalar təqdim etmək olub və olacaq. P&G’nin təklif edilən qiymət dəyişiklikləri makroiqtisadi şəraitin təsirini və bizim uzun müddətli rəqabət qabiliyyətini təmin etmək niyyətimizi əks etdirir. P&G tərəfindən təklif edilən qiymət dəyişikliyi 15% sərhəddi aşmır.

Mağazaların rəflərində olan qiymətlər pərakəndə satıcıların mülahizəsinə əsasən təyin edilir və P&G heç bir halda müştərilərin-pərakəndə satıcıların qiymətləndirmə ilə bağlı qərarlarına təsir etmir. Bir qayda olaraq, biz həmçinin bazar qiyməti barədə də şərh vermirik”.

Qeyd edək ki, bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb. Qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub. Bunların siyahısında “Milla”, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC, “Azərsun” Holdinq ilk sıralardadır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın