Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Qiymət 24 dollara düşərsə, işləri dayandıracam”

“Qiymət 24 dollara düşərsə, işləri dayandıracam”

Rusiyanın ən böyük özəl şirkəti sayılan “Lukoyl”un prezidenti Vahid Ələkbərov neftin qiyməti ilə bağlı önəmli açıqlama verib.

Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan əsilli biznesmen “Rossiya 24” telekanalına müsahibəsi zamanı “qara qızıl”ın 24 dollardan aşağı düşəcəyi halda neft hasilatı ilə bağlı layihələrin dondurulacağını deyib.
“Hesab edirəm ki, neftin qiyməti ilə bağlı ən aşağı hədd 24 dollardır.

Bütün analitiklər də göstərirlər ki, neft bundan ucuz olarsa, bütün neft layihələri dayandırılacaq. Təbii ki, mən də “Lukoy”l-un fəaliyyətdə olan layihələrini dayandırmalı olacam”.

Vahid Ələkbərov, həmçinin neft şirkətlərinin əlində pul qalmadığını demişdi və bütün vəsaitlərin Rusiya sənayesinin inkişafına və investisiyalara xərclənməsindən gileylənmişdi.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın