Ana səhifə / Kriminal / Qiymətlər bahalaşıb? – “Azərsun”dan reaksiya

Qiymətlər bahalaşıb? – “Azərsun”dan reaksiya

“Azərsun Holding” şirkətindən qiymətlərin bahalaşması ilə bağlı yayılan xəbərlərə reaksiya gəlib. ” Azinforum.az ” xəbər verir ki, “Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a bildirib ki, son 10 gün ərzində qiymət siyasətində hər hansı dəyişiklik edilməyib:

“Dünən bir neçə informasiya portalında qiymət artımı, “Azərsun Holding”in qiymətləri bahalaşdırması ilə bağlı yazı dərc edib. Mən bildirirəm ki, bu, bizim şirkətə qarşı aparılan kampaniyadır, süni ajiotaj yaratmağa xidmət edir. Məlumat üçün bildirim ki, son günlər şirkətimizin istehsal etdiyi süd, duz məhsullarında qiymətlər aşağı salınıb. Yazılarda isə əksi qeyd olunur.

Bizdə qiymətlər ”üzən məzənnə” siyasətilə ən aşağı hədlə müəyyənləşir. Şirkət olaraq başa düşürük ki, məhsulun istehlakçısı bizim insanımızdır, tarlada işləyən kəndlidir. Biz istehlakçımızı bu ajiotaj dolu xəbəri yazan jurnalistdən daha çox düşünürük. Yalançı qəhrəmanlar bizim istehsalımız olan və olmayan məhsulları siyahıya daxil edib “Azərsun qiymətləri qaldırdı” yazırlar”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın