Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Qısqanc 81 yaşlı ər 44 yaşlı arvadını öldürdü – Azərbaycanda

Qısqanc 81 yaşlı ər 44 yaşlı arvadını öldürdü – Azərbaycanda

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

 

Azinforum.az Apa-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …