Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Kriminal / Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakda saxlanıldı

Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakda saxlanıldı

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

“Report”un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Bakıda qız oğlan dostunu evə gətirdi, qapını FHN açdı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir …