Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Qazprom” “Türk axını”nın inşasına başladı

“Qazprom” “Türk axını”nın inşasına başladı

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

“Layihə plan üzrə həyata keçirilir. 2019-cu ilin sonunda türkiyəli və avropalı istehlakçılarımız Rusiya qazının idxalı üçün etibarlı marşrut əldə edəcəklər”, – deyə şirkət rəhbəri Aleksey Miller bildirib.

Qeyd edək ki, layihəyə əsasən Qara Dənizin dibi ilə 4 boru xəttinin çəkilməsi nəzərdə tutulub. Layihə Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın