Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Qazaxıstandan nə qədər buğda almışıq? – AÇIQLAMA

Qazaxıstandan nə qədər buğda almışıq? – AÇIQLAMA

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan Qazaxıstandan $3,2 mln. məbləğində buğda idxal edib. Bu barədə energetika naziri Natiq Əliyev rəsmi mətbuatda dərc olunan məqalədə qeyd edib.
“Qazaxıstan ərzaq təhlükəsizliyinin təminatı məsələsində Azərbayacanın strateji tərəfdaşıdır. Ölkəmiz Qazaxıstan buğdasının daimi alıcısıdır. Yanvar-iyul ayları ərzində Azərbaycan $3,2 mln. məbləğində buğda idxal edib, bu da ölkəyə ümumi idxalın 73%-ni təşkil edir”, – deyə nazir vurğulayıb.
N.Əliyevin sözlərinə görə, Azərbaycanda illik buğda istehsalının həcmi 1,7 mln. ton təşkil edir.
“İllik 1,3 mln. ton səviyyəsində əlavə tələbat Rusiya və Qazaxıstandan alınmalar hesabına ödənilir”, – deyə nazir qeyd edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın