Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Qazaxıstandakı təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var?

Qazaxıstandakı təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var?

Qazaxıstanın Almatı hava limanı yaxınlığında qəzaya uğrayan “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsində azərbaycanlı sərnişinlərin olub-olmaması ilə bağlı araşdırmalar davam edir.

Virtualaz.org-a bu açıqlamanı Azərbayanın Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva verib: “Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb”.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub. İndiyə olan məlumatlara görə, təyyarə qəzasında 14 nəfər həlak olub, daha 35 nəfər xəsarət alıb. Yaralılardan 22-sinin vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …