Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

Gəmidə 1 tona yaxın nərə tipli balıq ovu nümunəsi aşkar edilib
Dekabrın 28-də Xəzər dənizinin Qazaxıstan sularında saxlanılan 4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən “Nur.kz” məlumat yayıb.
İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri 496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsi aşkar edərək götürüblər.
Balıqçılar saxlanılan zaman silahlı insident baş verib. Onlardan biri güllə yarası alıb. (Report)

Həmçinin oxuyun

Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) …