Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Qazaxıstan sərhədçiləri azərbaycanlı balıqçılara atəş açdı

Qazaxıstan sərhədçiləri azərbaycanlı balıqçılara atəş açdı

Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində baş vermiş silahlı insident nəticəsində azərbaycanlı balıqçı ölüb.

Virtualaz.org-un məlumatına görə, sərhəd sularını keçmiş, içərisində Neftçala rayon sakinləri olan qayığa Qazaxıstan sərhədçilərinin açdıqları atəş nəticəsində balıqçılardan Neftçala rayonunun Kürkənd kənd sakini Qəhrəman Kamil oğlu Məmmədov baş nahiyəsindən aldığı güllə yarasından ölüb, həmin kəndin digər sakinləri-Emin Nəriman oğlu Nuriyev , Elşən Hüseynbala oğlu Hüseynov və Neftçala şəhər sakini Şakir adlı balıqç müxtəlif dərəcəli xəsarətlər alıblar.

Balıqçılar Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …