Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Kriminal / Qaz xəttinin çəkilişində “Azəriqaz”ın işçisi yaralandı

Qaz xəttinin çəkilişində “Azəriqaz”ın işçisi yaralandı

Bakıda qaz xəttinin çəkilməsi zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.

” Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin “D” massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən “Azəriqaz” İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …