Cümə axşamı , May 26 2022
Ana səhifə / Kriminal / Qayının gəlini qətlə yetirməsinin TƏFƏRRÜATI

Qayının gəlini qətlə yetirməsinin TƏFƏRRÜATI

2020-ci ilin martın 26-da Daxili İşlər Nazirliyinin 102 xidmətindən Qaradağ rayonunun 11-ci polis bölməsinə inzibati ərazidə qətl baş verməsi ilə bağlı məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, Səbuhi Kərimov qardaşının həyat yoldaşı Laləzar Kərəmlini bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Martın 27-nə keçən gecə Səbuhi Kərimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.

İş üzrə dindirilən S.Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzarın xəyanət etməsini qardaşı Həbib özü ona danışıb.

Həbibin sözlərinə görə, Laləzarın qardaşı Natiqlə birlikdə həyat yoldaşının telefon danışıqlarını çıxartdırıblar.

https://www.youtube.com/watch?v=ZGctbgGtfdM

Həmçinin oxuyun

XDMX əməliyyatçısı Lotu Qulinin adından 12 milyonluq şantajla üzləşdiyini deyir

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Emin Axundov iddia edir ki, onu kriminal aləmdə “Lotu Quli” kimi tanınan …