Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Kriminal / Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin toyundan görüntülər – VİDEO

Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin toyundan görüntülər – VİDEO

Bakıda 75 yaşlı qayınata İdris Məhərrəmov tərəfindən qətlə yetirilən 32 yaşlı Banu Xudayar qızı Məhərrəmovanın toy videosu yayılıb.

Görüntünü mərhumun yaxınları təqdim ediblər.

Videoda mərhumun həyat yoldaşı ilə toyunda rəqs etdiyi görüntülər yer alıb.

Bildirilir ki, Banu həyat yoldaşının ikinci ailəsidir. Onun birinci ailəsindən ayrıldığı və bir övladı olduğu deyilir.

Qeyd edək ki, qətli törədən şəxs artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilən tədbirlər nəticəsində zərərçəkmişin qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banu Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Sonxəbər.az

Həmçinin oxuyun

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – …