Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Qaxda tükürpədici intihar: 19 yaşlı qız nişan günü özünü asdı

Qaxda tükürpədici intihar: 19 yaşlı qız nişan günü özünü asdı

Qaxda intihar olub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S.Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …