Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qatil Elnur: “Qolumun birini kəsmişəm, ayağımı da kəsəcəyəm”

Qatil Elnur: “Qolumun birini kəsmişəm, ayağımı da kəsəcəyəm”

Meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və xuliqanlıqda təqsirli bilinən Elçin Həsənovun barəsində olan birinci instansiya məhkəməsinin hökmündən şikayət üzrə proses başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin hüquqi varisi və prokurorun protesti üzrə ilkin dinləmə olub.

Məhkəmə iclasında məlum olub ki, prokuror apelyasiya protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Zərərçəkmiş tərəfində şikayətində təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini tələb edib.

Növbəti proses martın 16-da davam edəcək.

İttihama görə, qətl hadisəsi ötən il dekabrın 23-də Suraxanı rayonunda baş verib. Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirovun Bülbülə qəsəbəsində, 16 nömrəli Cəzaçəkmə Müəssisəsi yaxınlığında meşəlik deyilən ərazidə meyiti aşkar edilib.

Dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha sonra Elnur Məmmədov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə Elnur Məmmədov 17 il azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən Elçin Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. Elçin Həsənov 4 il azadlıqdan məhrum olunub.

Elçin Həsənov bu işdə heç bir günahının olmadığını, sadəcə Elnurla mərhum arasında baş verən davanı sakitləşdirməyə çalışdığını deyib.

Digər təqsirləndirilən Elnur Məmmədov da Elçinin günahın olmadığı deyib:

“Öləni mən vurmuşam, Elçinin heç bir günahı yoxdur. O, sadəcə bizi aralaşdırıb. Bu yetimin günahı bu olub… Mən 4 bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. İşə düzgün baxılmadı. Mənə 18 yox, 25 il də versələr, xeyri yoxdur. Qolumun birini kəsmişəm. Ayağımı da kəsəcəm. Özümə qəsd edəcəyəm”.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …