Şənbə , Mart 2 2024
Ana səhifə / Kriminal / Qatarla toqquşan avtobusda yaralanan oğlanı səhv əməliyyat etdilər – “Ayşən LTD” pul ödəməkdən İMTİNA ETDİ (VİDEO)

Qatarla toqquşan avtobusda yaralanan oğlanı səhv əməliyyat etdilər – “Ayşən LTD” pul ödəməkdən İMTİNA ETDİ (VİDEO)

Oktyabr ayının 1 də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.
Unikal.org xəbər verir ki, xestenin anasi Sevil Salmanova bildirir ki, oğlunun ayağını 3 saylı Sabunçcu xəstəxanasında səhv əməliyyat ediblər. Belə ki, oğlu rentgendən keçərək müyyən olub ki, əməliyyat düzgün aparılmayıb. Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köcürülüb. 1 aydır ki, renimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır Ancaq xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva xərcləri ödəməkdən imtina edir.
Valideyin deyir ki, Şikayətini hansı qruma bildirsə də cavabsız qalır.
Məsələ ilə bağlı “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə saxlanılıb. O deyir ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.
Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə okytabr ayının 17 də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.

Həmçinin oxuyun

Ailəsini qətlə yetirən Əhmədin istintaqa ilk ifadəsi məlum oldu – VİDEO

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Ə.Əhmədov ilkin …