Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Qaşıqçı cinayəti böyük pullarla “yuyuldu”

Qaşıqçı cinayəti böyük pullarla “yuyuldu”

Ölən və öldürən ərəb olsa da, bu cinayətin qazananı böyük ölkələr oldu

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının oğlu Salah bin Qaşıqçı ABŞ-a gedib. Bu barədə yayılan məlumatda Salahın harada olduğu qeyd olunmur. Ancaq ehtimal olunur ki, öldürüldüyü iddia olunan jurnalistin oğlunu ABŞ hökuməti dəvət edib.

Xatırladaq ki, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna daxil olub. Ancaq sonra oradan çıxmayıb. Daha sonra mediada Qaşıqçının öldürüldüyü, daha sonra isə doğranıb parçalara ayrıldığı xəbərləri yayılıb. Bundan sonra Qaşıqçının yoxa çıxması ilə bağlı Türkiyədə istintaq başladılıb, ABŞ xəfiyyəsi, eləcə də Səudiyyə Ərəbistanından göndərilmiş istintaq qrupu cinayət işini araşdırıb. Ərəbistan hökuməti isə yalnız iki həftədən sonra Qaşıqçının konsulluqda dindirilmə zamanı baş verən qarşıdurmada öldüyünü etiraf edib. Lakin hələlik istintaq jurnalistin cəsədini tapa bilməyib.

Ər-Riyadın Qaşıqçı işini etiraf etməsindən sonra jurnalistin oğlu kral sarayına dəvət edilib və kralla, eləcə də qətli sifariş verdiyi deyilən vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb, başsağlığını qəbul edib.  Bəzi media orqanları isə oğul Qaşıqçının saraya məcburi gətirildiyini iddia edir.

O da məlum olub ki, ilk vaxtlarda oğul Qaşıqçının ölkədən çıxışına qadağa qoyulub. Salah Qaşıqçı həm də ABŞ vətəndaşıdır. Ötən həftənin çərşənbə axşamı Səudiyyə Ərəbistanı kralı Salman və vəliəhdlə görüşdən sonra onun pasportuna qoyulmuş qadağa aradan qaldırılıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, dövlət katibi Mayk Pompeo səfər qadağasının aradan qaldırılmasını məmnunluq hissi ilə qarşılayıb. Pompeo səudiyyəliləri Saleh Xaşuqcinin ölkəni tərk etməsinə icazə verməyə çağırmışdı.

Səudiyyə Ərəbistanı hakimiyyəti artıq Qaşıqçı işi ilə əlaqədar 18 nəfərin həbs olunduğunu bəyan edib. Ancaq Türkiyə prezidentinin şübhəlilərin cinayətin baş verdiyi ölkədə, yəni Türkiyədə mühakimə olunması ilə bağlı çağırışını Krallıq rədd edib. Rəsmi Ankara Qaşıqçının qətlinin Ərəbistan hakimiyyəti tərəfindən verildiyinə işarə edib. Ancaq ABŞ prezidenti Donald Tramp deyib ki, hadisəyə görə başlıca məsuliyyəti ölkənin de-fakto lideri, vəliəhd Məhəmməd bin Salman daşıyır. Lakin buna baxmayaraq, Tramp Səudiyyə Ərəbistanı ilə əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

qaşıqçı cinayəti ile ilgili görsel sonucu

Qaşıqçı cinayətindən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq demək olar ki, hər gün bu barədə yeni məlumatlar yayılmaqdadır. Bu günlərdə Britaniya mətbuatı iddia edib ki, Böyük Britaniyanın xarici kəşfiyyat xidməti Mİ-6 jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanı tərəfindən qaçırılma planları barədə əvvəldən məlumatları olub. Hətta britaniyalılar səudiyyəli həmkarlarını bu fikirdən vaz keçirməyə çalşsalar da, onların səsləri eşidilməyib.

Qəzetin yazdığına görə, Qaşıqçının oğurlanması fikri “kralın ətrafından bir nəfərdən” gəlib, lakin onun Məhəmməd bin Salman olduğu bilinmir.

Qaşıqçıya yaxın isimlərdən birinin sölyədiyinə görə, o, bu yaxınlarda Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah tətbiq etdiyinə dair faktları açıqlamalı imiş.

Məqalədə yazıldığına görə, Səudiyyə Ərəbistanının xarici kəşfiyyat qrupunun (GİP) İstanbula hərəkət etməsindən xəbər tutan britaniyalılar onları yolda geri dönməyə çağırıb. Jurnalist britaniyalı qaynaqdan Londonu nə üçün bu barədə Türkiyə də daxil olmaqla, 5 ölkənin xüsusi xidmət orqanlarının xəbərdar etmədiyini soruşub.

Mike Pompeo ile ilgili görsel sonucu

Həmin mənbə “belə qərar qəbul olundu ki, biz əlimizdən gələni etdik”, deməklə kifayətlənib.

Henri Cekson analitik mərkəzinin eksperti Tom Uilson britaniyalıların hərəkətlərinə ayrı cür haqq qazandırmağa çalışıb. Onun sözlərinə görə, Camal Qaşıqçı, sadəcə, jurnalist olmayıb, həm də Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin keçmiş rəhbərinə yaxın imiş. Tom Uilson Qaşıqçının radikal islamçı, hətta “Müsəlman qardaşları” təşkilatının üzvü olduğunu iddia edib. “Mümkün deyil ki, onu, sadəcə, jurnalist fəaliyyətinə görə öldürsünlər, əsl həqiqət olduqca mürəkkəbdir”, – Uilson deyib.

Maraqlıdır ki, hadisədən bir neçə gün sonra ABŞ mətbuatı Qaşıqçı işi, yəni jurnalistin öldürüləcəyi ilə bağlı ABŞ kəşfiyyatında məlumat olduğunu yazıb. Hətta o da bildirilirdi ki, xüsusi xidmət orqanları konsulluq binasını dinləyib və jurnalistin dindirilməsi və daha sonra qətlə yetirilməsinin səs yazısını qeydə alıb. Lakin bütün bunlar məlum olduğu halda hadisə ilə birbaşa bağlığı və təsir imkanı olan 3 böyük dövlət işə qarışmaq istəməyib. Üstəlik, bütün bunların fonunda Ərəbistan hakimiyyəti yalnız iki həftədən sonra, Türkiyə hökumətinin təzyiqlərindən sonra qətli ETİRAF EDİB. Halbuki buna qədər Amerika kəşfiyyatında qətllə bağlı məlumatların olduğu, hətta dəqiq faktların olduğu yazılırdı. Üstəlik, dövlət katibi Pompeo da Ərəbistana səfər edib kral və vəliəhdlə görüşmüşdü.

qaşıqçı cinayəti ile ilgili görsel sonucu

Maraqlıdır ki, boykot çağırışlarına baxmayaraq, ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan və “Çöl Davosu” adı verilən “Gələcəyə Sərməyə Təşəbbüsləri” (Future İnvestment İnitiative) adlı forum baş tutub. Halbuki buna qədər bir çox şirkətlər bu tədbirə qatılmaqdan imtina etmişdi. Ancaq buna baxmayaraq, necə deyərlər, tamah güc gəlib. Forumda Səudiyyə Ərəbistanının təklif etdiyi cazibəli layihələr Camal Qaşıqçı cinayətini müəyyən qədər unutdurub. Səudiyyə Ərəbistanı hakimiyyəti artıq müxtəlif şirkətlərə 56 milyard dollara çatan anlaşmalar təklif edib.

Öncə Səudiyyə Ərəbistanının “Aramco” neft şirkəti 34 milyard dollar həcmində sazişə imza atıb. Şahzadə Məhəmməd bin Salman başda “Total” olmaqla, Fransa şirkətləri ilə 12 mliyard dollarlıq müqavilənin imzalanması üçün danışqları başa çatdırıb. Forumda Rusiya və Çin heyətlərinin aktivliyi xüsusi diqqət çəkib. Rusiyanın ərəblərdən 5 milyard dollar qopardığı bildirilir. Ruslar hətta Ermitaj muzeyinin Səudiyyə Ərəbistanındakı filialının açılması barədə razılığa gəliblər. Belə görünür ki, bu səfərlik böyük pullar jurnalistin cinayətinin ört-basdır edə bildi. Maraqlıdır ki, ölən və öldürən ərəb olsa da, bu cinayətin qazananı böyük ölkələr oldu. Hər zaman olduğu kimi.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …