Ana səhifə / Kriminal / Qardaşı arvadını öldürən Nəriman saxlanıldı

Qardaşı arvadını öldürən Nəriman saxlanıldı

Ağsuda qardaşı arvadını qətlə yetirən Qiyaslı kənd sakini Nəriman Zahidov  hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı Xumar Zahidovanı öldürməkdə təqsirli bilinən N.Zahidov  barəsində Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb,istintaq davam edir.

Qeyd edək ki, hadisə səhər saatlarında baş verib. Nəriman Zahidov 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Öldürülən qadın iki aylıq körpə anası olub. O, həm də Nərimanın bibisi qızı olub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …