Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Qaradağda yol polisinə bıçaqlı hücum olub

Qaradağda yol polisinə bıçaqlı hücum olub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bıçaqla DYP əməkdaşına xəsarət yetirmək istəyən sürücü barədə məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin məlumata əsasən, bu gün saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları “Reanault Tondar” markalı maşını saxlayıblar. 

Məlumatda deyilir ki, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayıb. 

O, əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …