Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Qarabağdakı döyüşlər turistləri ölkəmizdən qaçırtmayıb

Qarabağdakı döyüşlər turistləri ölkəmizdən qaçırtmayıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin ilk həftəsində Qarabağ cəbhəsində baş verən ağır toqquşmalardan sonra ölkəmizin turizm potensialı ilə bağlı səslənin fikirlərə münasibət bildirib.

Nazir deyib ki, işğal zonasında gedən döyüşlər turistlərin ölkəmizdən imtinasına səbəb olmayıb. “Azərbaycanın turizm potensialı son hadisələrdə nəinki ziyan çəkmədi, əksinə, cəmiyyətdə olan ruh yüksəkliyi, ab-hava, Vətənə sevgi-məhəbbət hissi xaricdəki insanları bizim ölkəmizə daha çox cəlb etdi”. Ə.Qarayev turist sayının artırılması üçün imkanların olduğunu da vurğulayıb:

“Bizim son günlərdə apardığımız təhlillər onu göstərir ki, keçən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayının artmasına real zəmin var və biz bunun üzərində işləyirik. Ona görə də cəmiyyətdə gedən proseslər hamısı zəncirvari şəkildə bütün proseslərə təsir göstərir. Mən buna görə çox şadam və çox xöşbəxtəm”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın