Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın qardaşı “Lotu Quli”nin düşməni olub…

Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın qardaşı “Lotu Quli”nin düşməni olub…

Bir neçə gün əvvəl Gürcüstanın separatçı Abxaziya bölgəsindəki qondarma rejimin “prezidentinin” keçmiş köməkçisi, “Abxaz” ləqəbli Axra Avidzba həbs olunub. İndi onun ötən il Antalyada güllələnən azərbaycanlı məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqəsi üzə çıxıb. Belə ki, Axra Avidzbanın qardaşı kriminal avtoritetdir və “Lotu Quli”nin düşmənlərindən olub.

“Exo Kavkaza”  bildirir ki, martın 4-də Suxumidə həbs olunan Avidzba qanunsuz silah saxlamada ittiham olur. Onunla yanaşı daha 5 nəfər həbs olunub. Həyat yoldaşının dediyinə görə, “həmin şəxslər onunla Donbasda rus dünyası uğrunda vuruşan yaxın dostlarıdır”.

Elan olunan ittihama görə, o, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Rəsmi ittihama görə, Suxumi rayonunun Qumitsa kəndindəki evlərində aparılan axtarış zamanı Avidzbanın evindən tank əleyhinə əldəqayırma qumbara, Rusiya və xarici ölkə istehsalı olan silahlar tapılıb.

Axra Avidzba Ukayna topaqlarının işğalında iştiak edib, Donetsk separatçılarının səhra komandiri olub, göstərdiyi xidmətlərə görə, separatçılar ona “DNR qəhəmanı” adını verib. Bundan başqa onun ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan separatçılara yardım etdiyi də məlumdur. Belə ki, Axra Avidzb  Abxaziyadan Qarabağa döyüşmək üçün dəstələr göndərilməsini təşkil edib. Hətta o, ötən il noyabrın 7-də özünün Facebook səhifəsində paylaşım da edib.

Həmin paylaşımda Qarabağdakı separatçı rejim rəhbərinin Abxaziyadan göndərilən döyüşçüləri qarşıladığını göstərən video paylaşıb və “AMŞEN” qrupu!!! “ali baş komandan şəxsən görüşüb” deyə yazıb.

2000-ci ildə “prezident köməkçisi” təyin olan A.Avidzba yaxun qohumunun öldürülməsindən sonra, ötən ilin noyabrında vəzifəsindən istefa verib. O, həm də Abxaziyada yaşanan siyasi bohanın aktiv iştirakçılarından hesab olunur.

Axra Avidzba kriminal avtoritet Alxas Avidzbanın qardaşıdır. O isə öz növbəsində “Lotu Quli”nin düşməni olub. Rusiya mənbələri bildirir ki, Avidzba Abxaziyada bir çox kriminal avtoritetlərlə münaqişədə olub. O cümlədən Merab Canqveladzenin klanı ilə vuruşub. Virtualaz.org

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …