Ana səhifə / Kriminal / “Qara bazar”da dolların bahalaşmasına YAP-dan — SƏRT REAKSİYA

“Qara bazar”da dolların bahalaşmasına YAP-dan — SƏRT REAKSİYA

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov noyabrın 18-də Bakıda “qara bazar”da 1 dolların 1,8400 manata satılmasına münasibət bildirib.

Deputat A.Hüseynov Ölkə.Az-a açıqlamasında deyib ki, Azərbaycanda valyutanın məzənnəsi rəsmi şəkildə Mərkəzi Bank tərəfindən müəyyən edilir:

“Ötən gün üçün Mərkəzi Bankın məzənnəsi 1 dollar 1,7091 manat müəyyən edilib. Eyni zamanda da bu məzənnənin ən yüksək həddi var. Yəni, valyuta dəyişmə məntəqələri bu məzənnədən artıq qiymətə valyuta sata bilməz. Ona görə də “qara bazar”da bu məzənnədən dəfələrlə artıq faizlə dolların satılması yolverilməzdir. Ümumiyyətlə, “qara bazar”da 1 dolların 1,8000 manata satılması birbaşa cinayətdir. İndiyədək Azərbaycan hökuməti bu cür halllara qarşı müvafiq tədbirlər görüb və bundan sonra da görüləcək”.

Xatırladaq ki, ötən gün daha 4 bank valyuta satışını dayandırıb. Bununla da dollar satmayan bankların sayı 25-ə çatıb. Noyabrın 18-də bankların dollar satışını dayandırması “qara bazar”ı bir qədər də canlandırıb.

Məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,8400 manata satılır.

Mətbuatda yazılan araşdırmaya görə, ABŞ valyutasını bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1,8200 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də, dolları dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın