Ana səhifə / Kriminal / “Qara bazar” bağlandı, bəs dollar hardan alınsın!

“Qara bazar” bağlandı, bəs dollar hardan alınsın!

Əhali “qara bazar”a qarşı aparılan mübarizə tədbirlərnin nəticəsini hiss etmir.

“ Azinforum.az ” “Marja”ya istinadən xəbər verir ki, “qara bazar”a dollar ötürdüyü ehtimal olunan bir neçə bankirin işini itirməsinə, onlarla dollar alverçisinin həbs edilməsinə, Bakının bir çox nöqtəsində “qara bazar”ın fəaliyyətni dayandırmasına baxmayaraq, banklar dollar satışını bərpa etmirlər.

Banklar iddia edirdilər ki, onlar “qara bazar” olduğuna görə əhalidən dollar ala bilmirlər. Belə ki, “Qara bazar”ın alış məzənnəsi banklardan yüksək olduğundan əhali dolları alverçilərə satır.

Bu gün “qara bazar” xeyli azalıb, onların çoxu bu işlə məşğul olmaqdan qorxurlar. Manata ehtiyacı yaranan vətəndaşlar da dollarını satmaq üçün banklara üz tutmağa başlayıblar. Bankların filiallarında olarkən xeyli dollar satanların olduğunu müşahidə edirsən.

Əgər “qara bazar” azalırsa, əhali dolları banklara satırsa, bəs nə üçün banklar az məbləğlərdə də olsa dollar satmırlar?!

Saytın ehtimalına görə bankların və bank filiallarının rəhbərləri aldıqları dollarları özlərinin yaxşı tanıdıqları müştərilərə nisbətən daha yüksək məzənnə ilə satırlar ya da daha gizli şəkildə fəaliyyət göstərən “qara bazar”a ötürülər.

Banklar, “hərracdan dollar ala bilmirik”, “kassada olan dolları əmanətçilərə veririk”, “dolları ticarət ilə məşğul olan müştərilərimizə satırıq ” və.s kimi bəhanələr ilə müştəriləri geri qaytarırlar. Bu gün demək olar ki, banklar dollar satmırlar.

Qeyd edək ki, “qara bazar”a qarşı aparılan mübarizə tədbirləri dolların qiymətinin daha da qalxması ilə müşahidə olundu. Mübarizə başlamamışdan əvvəl Dolların satış qiyməti 1.8250-1.83 manat idisə, mübarizədən sonra 1.8450-1.85 manata qalxdı.

 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın