Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Qanuni oğru”nun qardaşı Bakıda hakim qarşısına çıxarıldı

“Qanuni oğru”nun qardaşı Bakıda hakim qarşısına çıxarıldı

“Lotu Quli”nin yaxın adamı olan “qanuni oğru” Rafət Əmirovun qardaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, kriminal aləmdə “Rafət Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Həbs edilən digər şəxslər Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovdur.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılıb.

Ötən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilmişdi. Lakin təqsirləndirilən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadığından məhkəmı iclası təxirə düşmüşdü. Bu gün baş tutan prosesdə sənədlər məhkəməyə təqdim edilib. Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs – Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.

Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinənElvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, Rüfət Əmirov “Rafet Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov hazırda həbsdə olan “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …