Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Qanuni oğru”lar məhkəmə qarşısında – aralarında azərbaycanlı qadın da var

“Qanuni oğru”lar məhkəmə qarşısında – aralarında azərbaycanlı qadın da var

Fransanın Nansi şəhər məhkəməsində qafqazlılardan ibarət 34 nəfərlik cinayətkar qrupun məhkəməsi başlayıb. Lent.az-ın “romandie.com” saytına istinadən xəbər verir ki, Gürcüstan, Ermənistan, Azərbaycan və Rusiya vətəndaşlarından ibarət qruplaşma üzvləri 2013-cü ildən etibarən Fransa, Almaniya, İsveçrə və Belçikada kütləvi oğurluq və qarətlər təşkil etməkdə təqsirli bilinirlər. Onlara qarşı oğurluq, xərac toplama və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Müstəntiq bildirib ki, dəstə üzvləri arasında ciddi ierarxiya mövcuddur. Fransada onların əsas “hədəfi” Strasburq olub. Təqsirləndirilən şəxslərin yaşları 25-61 arasında dəyişir.

Qeyd edək ki, qruplaşma üzvləri Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş “Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda ələ keçib. Saxlanılanlar arasında 4 gürcü “qanuni oğru” da var.

Belə ki, Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …