Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Kriminal / Qanuni oğru Rəşad Gəncinskidən xəbər var

Qanuni oğru Rəşad Gəncinskidən xəbər var

Kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan qanuni oğru Rəşad İsmayılovun işi Moskva şəhər məhkəməsinə çıxarılıb.

Bu barədə Moskva Şəhər İnformasiya Agentliyi paytaxt prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Moskva prokurorluğu 43 yaşlı Rəşad İsmayılova qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ən yüksək vəzifənin tutulması), 105-ci maddəsi (Bir qrup şəxs tərəfindən iki nəfəri qətlə yetirmək) və 222-ci maddəsi (Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, gəzdirmə) ilə ittiham olunur.

İstintaqın məlumatına görə, o, 2009-cu ildə şəriki ilə İzmailovskoye küçəsindəki kafenin qarşısında iki nəfəri öldürüb. Kriminalqafqaz

Həmçinin oxuyun

Azərbaycanda tanınmış idmançının maşını polis idarəsində qarət olundu

Azərbaycanın tanınmış idmançı Gözəl Zutova qarət edilib. Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib. …