Cümə , Dekabr 9 2022
Ana səhifə / Kriminal / “Qalatasaray”ın Bakıdakı mağazasının rəhbəri ilə bağlı məhkəmə QƏRARI

“Qalatasaray”ın Bakıdakı mağazasının rəhbəri ilə bağlı məhkəmə QƏRARI

Ali Məhkəmədə Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Rüstəm Kərimzadənin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Kərimzadə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Rüstəm Kərimzadə “Elit Academy” şirkətinin rəhbəri olub. Şirkət tələbələri Türkiyədə universitetlərdə təhsil almağa göndərirmiş. Rüstəm Kərimzadə həmçinin Bakıda ilk dəfə “Qalatasaray” futbol klubunun rəsmi mağazasının (GS Store Azerbaycan) nümayəndəliyinin də rəhbəri olub.

İttihama görə, Kərimzadə xeyli insandan təhsil almağa göndərmək adı ilə pul alaraq, onlara qarşı dələduzluq edib.

Törətdiyi əmələ görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 34 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmiş valideynlər “Elit Academy” şirkətilə müqavilə bağlasalar da, övladlarının müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ola bilmədiklərini deyirlər.

Onlar deyir ki, şirkət təkcə Türkiyəyə avtobusla gediş haqqı üçün bir nəfərə 250 manat pulu alıb. Əksəriyyəti isə Türkiyəyə gedərkən övladlarının adının siyahıda olmadığını öyrəniblər.

Rüstəm Kərimzadə özünü “Elit Academy”nin 5 ölkədəki rəhbəri kimi təqdim edib. Vətəndaşlar ondan şikayət edən zaman Özbəkistanda olub.

O, həbs edilməmişdən əvvəl bildirib ki, onların yeganə problemi Çanakkale Universiteti ilə yaranıb. 16 tələbə yolda olarkən universitet imtina edib.

Kərimzadə deyib ki, Çanakkale Universiteti 38 tələbəni qəbul edəcəyinə dair məlumat versə də, sonradan yer olmadığını bildirib: “Şikayət etməyimizə, imza toplamağımıza baxmayaraq, universitet məsuliyyətdən boyun qaçırdı. Əlimizdə buna dair rəsmi yazışmalar və onların sübutu var. Buna baxmayaraq, şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır. Son olaraq Giresun Universitetində də oxşar halla rastlaşıldı. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Geri qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize şəhərinə yerləşdirilir, qalan 9 tələbələrə də eyni şəhər təklif olunur və çox güman bu uşaqlar da tələbə adını qazanacaq. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var”.

Həmçinin oxuyun

İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə …