Cümə , Yanvar 21 2022
Ana səhifə / Kriminal / Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edilib

Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edilib

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərovanın Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Baş prokuror “Tərtər işi”ndən DANIŞDI

“”Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə …