Şənbə , Dekabr 3 2022
Ana səhifə / Kriminal / Qadın qızının şəkilləri ilə sosial şəbəkədə səhifə açan 19 yaşlı gənci tutdurub

Qadın qızının şəkilləri ilə sosial şəbəkədə səhifə açan 19 yaşlı gənci tutdurub

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Azinforum.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

İntim videoları yayılan FHN polkovnikinin istintaqı YEKUNLAŞDI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət …