Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Qadın azyaşlı uşağı ilə birgə özünü öldürmək istədi

Qadın azyaşlı uşağı ilə birgə özünü öldürmək istədi

Paytaxtda intiharın qarşısı alınıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …