Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Qadın ərinin sevgilisini bıçaqladı – Füzulidə hadisə

Qadın ərinin sevgilisini bıçaqladı – Füzulidə hadisə

Füzuli rayonunda qadın qadını bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Fin şəhərciyində baş verib.

Ailəli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb. Onun arvadı da bu hadisədən məlumatlı olub. Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub. Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən qadın isə saxlanılıb.

Füzuli Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, hadisə ailə məsələsi olduğu üçün adlar açıqlanmır. Hazırda istintaq davam etdirilir.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …