Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Qaçqınkom”un keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı

“Qaçqınkom”un keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.
B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı prokurorluqda araşdırılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Kamranovun icraatına verilib və aprelin 23-də məhkəmənin hazırlıq iclası başlayacaq.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmriylə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …