“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar bir neçə şəxsdən təxminən 120 min manat alaraq aldatmaqda ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İsmayılov 9 il, R.Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Adıçəkilən şəxslər apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.