Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qaçan məhbuslardan biri tutuldu

Qaçan məhbuslardan biri tutuldu

Qatardan qaçan dustaqlardan biri, Əli Ağami saxlanılıb.

Penitensiar Xidmətin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1989-cu il təvəllüdlü Əli Ağami bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar.

Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi  ilə ittiham olunaraq  həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Mühafizə altından qaçdıqlarına görə, Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …