Kəndlilər məhsul yerdə qalmaqdansa, malı nisyə verməyə məcbur qalıblar
Tovuzda yalnız bir kənddə yetişdirilən qabaq bu il sahələrdə qalıb. Kəndlilərin sözlərinə görə, qiymət bu il 2 dəfə ucuz olsa da, alıcı sarıdan korluq çəkirlər.
Bu il həm məhsul bol, həm də qiymət ucuzdur. Ancaq alıcı tapılmır. Söhbət yalnız Tovuzun Hunanlar kəndində becərilən qabaqdan gedir. Bu il məhsuldarlıq yüksək olsa da, qiymətin aşağı olması və üstəlik alıcı qıtlığı fermerlərdə bir qədər məyusluq yaradıb.
Gün ərzində 10-15 sot sahədən 200 kq-a qədər məhsul yığılır. Səhər saatlarında yığımı həyata keçirilən bitki, çox da böyümədən satışa çıxarılır. Kəndlilər məhsul yerdə qalmaqdansa, malı nisyə verməyə məcbur qalıblar.