Ana səhifə / Kriminal / Qətlə yetirilən Aytacın ərinin sevgilisi də tutuldu

Qətlə yetirilən Aytacın ərinin sevgilisi də tutuldu

Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən ” Azinforum.az ” – a bildirilib ki, istintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğu müəyyən edilib. Onun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməməsinə görə R.Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun azyaşlı oğlu ilə cinayət əlaqəsinə girib. Onlar Aytacı oğurlayıb Şəkidə yaşadıqları evə aparmaq razılığına gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər. Daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə), 29, 144.2.4  (adam oğurluğuna cəhd) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …