Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qənirənin qatili ömürlük həbs edildi

Qənirənin qatili ömürlük həbs edildi

Bu il yanvarın 2-də Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda mübahisə etdiyi 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 dəfə bıçaqlayaraq öldürən Halil Acara hökm oxunub.

“Qafqazinfo”nun “DHA”ya istinadən verdiyi xəbərə görə, 24 yaşlı Acar qəsdən adam öldürmə maddəsi üzrə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, H. Acar bundan öncəki məhkəmə prosesində ifadəsində Cabbarova ilə hadisədən 4 ay öncə tanış olaraq sevgi münasibətləri qurduğunu bildirib:

“Kazinoda konsomatris (müştəriləri əyləndirən) kimi çalışırdı. Onunla orada tanış olduq, sevgili olduq. Ona maddi və mənəvi baxımdan dəstək oldum. Hadisə günü işlədiyi yerə getdim. Xeyli içki içdik. Keçmiş sevgililərindən söhbət açılanda mübahisə etdik, anası bizi barışdırdı. Yenə içməyə davam elədik. Daha sonra məkandan ayrılıb taksiyə mindik. Bu zaman keçmiş sevgililərindən biri Qənirəyə zəng edib onu hoteldə gözlədiyini dedi. Yenə mübahisə etməyə başladıq, bir-birimizi təhqir etdik, söydük. Özümü o anda itirdim və bıçaqlamağa başladım”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …