Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qəbələdə dəhşətli qətl: qadın 32 yaşlı ərini öldürüb tualet quyusuna atdı

Qəbələdə dəhşətli qətl: qadın 32 yaşlı ərini öldürüb tualet quyusuna atdı

Qəbələdə törədilmiş dəhşətli qətlin üstü açılıb.

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Tikanlı kənd sakini, 32 yaşlı Dursun Rəfiyevin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib.

Bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …