Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Qəbələdə baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

Qəbələdə baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

Qəbələdə ağır qəza olub, 2 gənc ölüb, 8 nəfərsə xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda, Zarağan kəndi ərazisində qeydə alınıb.

“Toyota Rav 4” markalı minik avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü, Qəbələnin Mıxlıqovaq kənd sakini 25 yaşlı Sirus İsmayılov və sərnişini 23 yaşlı Rufan Səmədov hadisə yerində dünyasını dəyişib. “Toyota RAV 4”ün sürücüsü, Bakı şəhər Nəsimi rayon sakini, 57 yaşlı Məcid Xəlilov, Bakı sakinləri olan sərnişinləri, 58 yaşlı İradə Xəlilova, 30 yaşlı Orxan Qasımov, 27 yaşlı Elşən Əhmədov, “VAZ 2107”nin sərnişinləri, Qəbələ sakinləri 40 yaşlı Tərlan Alıcanov, 26 yaşlı Rüstəm Mahmudov, 20 yaşlı Hacı Hacıyev, 20 yaşlı Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına və Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …