Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Qəzada həlak olan şəxs məktəblidir – Yenilənib

Qəzada həlak olan şəxs məktəblidir – Yenilənib

Xəbər verdiyimiz kimi, birneçə saat əvvəl Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub. 

“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədir.

Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, avtobus qatarın qarşısına çıxıb: “İcazə verilən sürət həddi 40 km/saat olsa da, qatar 30 km/saat sürətlə gəlib. Qatar avtobusla toqquşduqdan sonra relsdən çıxaraq 90 dərəcə sağa dönüb və məntəqəyə çırpılıb. Qəza nəticəsində quruma dəyən ziyan hesablanacaq”.

Sədr müavini, həmçinin qeyd edib ki, avtobusda olan sərnişinlərin əksəriyyəti məktəbli olub.

Qəzada həlak olan azyaşlının da məktəbli olduğu bildirilib: “12-13 yaşında uşaq xəstəxanaya aparılarkən yolda keçinib”.

***

160 nömrəli marşrut xəttinin daşıyıcısı “Ayşən” MMC-nin dispetçeri Zabil Hüseynov bildirib ki, şlaqbaum açıq olduğundan avtobus relsdən keçib: “Avtobusun sürəti aşağı olub. Hər şey araşdırmadan sonra dəqiq bilinəcək”.

Avtobusun sürücüsü Elxan Şıxəliyev yaralıdır, hazırda xəstəxanaya yerləşdirilib.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …